BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələrlə görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ADA Universitetində tələbələrlə görüşüb - FOTO


Bu gün BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimunah Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və ADA Universitetinin təşkilatçılığı ilə ADA, Azərbaycan Memarlıq və İnşaat, habelə Bakı Mühəndislik Universitetlərində şəhərsalma, memarlıq və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr ilə “Davamlı və dayanıqlı şəhərlərin qurulmasında mövcud problemlər” mövzusu üzrə görüş təşkil edilib.

Sizinxeber.az-Economics” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə davamlı şəhərlərin salınmasında yeni-nəsil mütəxəsisslərin yetişdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı “UN-Habitat”ın icraçı direktoru Maimunah Mohd Şərif və Komitə sədri Anar Quliyev gənc mütəxəssislərə urbanizm və şəhər mühitinin formalaşmasında müasir yanaşmalar barədə dünya təcrübəsinə dair ətraflı məlumat verib, şəhər planlamasının bugünkü dünyada əhəmiyyətini vurğulayıblar. Qonaqlar həmçinin ölkəmizlə “UN-Habitat” arasında son illərdə reallaşdırılan birgə layihələr və əməkdaşlıq barədə məlumat verdilər, Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (#WUF13) ev sahibliyinin ölkəmiz üçün önəmli nailiyyət olduğunu qeyd etdilər.

Komitə sədri, eyni zamanda, fəaliyyət sahəsinə uyğun mütəxəssislərin yetişdirilməsi və peşəkarlaşması məsələsinə dövlət səviyyəsində verilən əhəmiyyətdən, memarlıq, şəhərsalma və mühəndislik sahələrində ixtisaslaşan gənclərin peşənin perspektivi və gələcək çağırışlarından söhbət açıb.

Oxşar xəbərlər

Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinə dair tədbir keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır, bu, böyük tarixi hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər