AZAL “Təyyarə bələdçisi” vəzifəsinə işə qəbulu davam etdirir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.
Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.
Təyyarə bələdçisi vəzifəsinə müraciət edən namizədlər dəqiqlik, operativlik və punktuallıq kimi keyfiyyətlərə sahib olmalı, stresli vəziyyətlərdə soyuqqanlı davranmağı bacarmalıdırlar.
“Təyyarə bələdçisi” vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun:
Namizədlər bu vakansiya üzrə saytının "Karyera" bölməsindən müraciət edə bilərlər. Həmçinin CV-ləri [email protected] poçt ünvanına göndərmək və yaxud Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Beynəlxalq uçuşlar” (Şimal) girişində yerləşdirilən xüsusi qutuya atmaq olar.
Oxşar xəbərlər
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyyə edib
Mikayıl Cabbarovun qoluna nə olub?
ABŞ nüvə triadasının üçdə ikisi döyüşə hazır vəziyyətdədir
Qərb terroristlərə uçuş təlimləri verir - Yaşar Gülər
Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













