Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB
Hacıqabulda traktorun aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, o, rayon sakini - 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə "Report"a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb
Oğuzda evdən meyit tapılıb
Binədə ağır yol qəzasında iki nəfər yaralanıb
Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













