"Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
sizinxeber.az xəbər saytı

"Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır


Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.

Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni zamanda, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.

Bakı–Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.

Oxşar xəbərlər

Pakistanın Baş naziri Lahordan Bakıya birbaşa uçuşların bərpasını alqışlayıb
Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır
AZAL İranın iki şəhərinə uçuşlara başlayır
Teymur Həsənov: "Bakı-Daşkənd marşrutu üzrə yeni aviadaşıyıcının daxil olması Azərbaycana artan marağı təsdiq edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər