Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib


Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdə mümkün iştirakı məsələlərini müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru Elisabetta Falcetti ilə görüş keçirdik", - nazir qeyd edib.

Görüşdə eyni zamanda şəhər nəqliyyatı, eləcə də kibertəhlükəsizlik, süni intellekt və elektron hökumət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan ABŞ ilə Orta Dəhliz üzərindən daşımaların perspektivlərini müzakirə edib
Azərbaycan və EBRD nəqliyyat layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Azərbaycan EBRD ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib
EBRD ilə Azərbaycandakı makroiqtisadi mühit müzakirə edilib
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər