"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur
sizinxeber.az xəbər saytı

"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma planlaşdırmasına yeni yanaşmaların sınaqdan keçirilməsi üçün şəhər inkişafı layihələrindən istifadə olunur.

"Report" xəbər verir ki, bu barədə "Euronews"un davamlı şəhər inkişafı və postmünaqişə dövründə bərpa prosesində müasir tendensiyalara həsr olunmuş reportajında deyilir.

Telekanal qeyd edir ki, hakimiyyət nümayəndələri və sahə mütəxəssisləri çoxfunksiyalı tikinti, "yaşıl" planlaşdırma və gündəlik həyata inteqrasiya olunmuş infrastruktur kimi şəhərsalma modellərinə diqqət yetirirlər.

"İrimiqyaslı yenidənqurma və yeni şəhərlərin yaradılması layihələri postmünaqişə dövründə bərpa və şəhərsalmada platforma rolunu oynayır", – reportajda deyilir.

Reportajda rəsmi şəxslərin qiymətləndirmələrinə görə, əsas amil dövlət institutları və beynəlxalq tərəfdaşların əməkdaşlığıdır:

"Şəhər əhalisinin sayı artmağa davam edir, buna görə də bu cür təşəbbüslər şəhərlərin iqtisadi, ekoloji və sosial dəyişikliklərə necə uyğunlaşa biləcəyi ilə bağlı müzakirələri genişləndirməlidir".

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

"Euronews": Ümumdünya Şəhərsalma Forumu ərəfəsində şəhər inkişafının yeni modelləri müzakirə olunur

Oxşar xəbərlər

BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq
Orxan Məmmədov: "WUF13 özəl sektor üçün yeni əməkdaşlıq imkanları yaradır"
Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir
Bakının WUF 13-ə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzundan xəbər verir - RƏY
Adil Məmmədov: "WUF13-ə 30 minə yaxın iştirakçının qatılması gözlənilir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər