sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda yük daşımaları 3 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 136,9 milyon ton yük daşıyıb.
“Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 3,4 milyon ton və yaxud 2,5 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 1 milyard 187,7 milyon sərnişinə xidmət göstəriblər. Bu isə 1 il əvvələ nisbətən 56,2 milyon sərnişin və ya 5 % çoxdur.
7 ayda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,4 % təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda bu il yük daşımaları 3 % artıb
Azərbaycanda sərnişindaşıma 9 %-dən çox artıb
Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 13 %-ə yaxın artıb
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb
Azərbaycanın nəqliyyat dəhlizlərində yük daşınması 1 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













