Zaur Mikayılov Tovuzda vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa və digər rayonlardan olan vətəndaşları qəbul edib.
"Sizinxeber.az" ADSEA-ya istinadən xəbər verir ki, görüşdə Z.Mikayılov vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
O, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, yeni subartezian quyuların qazılması, təmiri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Oxşar xəbərlər
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Xızı rayonunda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












