ADSEA sədri Xızı rayonunda vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyulun 25-də Xızıda Xızı, Siyəzən və digər rayonlardan olan vətəndaşları qəbul edib.
"APA-Economics" xəbər verir ki, Z.Mikayılov vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
ADSEA sədri qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni subartezian quyularının qazılması, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb
ADSEA sədri Şəmkirdə vətəndaşları qəbul edib
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













