Azərbaycanda I yarımildə tikilən evlərin sayı məlum olub
sizinxeber.az xəbər saytı

Azərbaycanda I yarımildə tikilən evlərin sayı məlum olub


2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 830.5 min kvadrat metr olan 12955 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Sizinxeber.az-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.5 dəfə və ya 7751 ədəd artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 702 min 910 kvadrat metr olan 5204 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 10814 ədəd ( illik müqayisədə 2.5 dəfə çox), bina evlərinin sayı isə 2141 ədəd ( illik müqayisədə 2.5 dəfə çox) təşkil edib.

Xatırladaq ki, hesabat dövründə bu mənzillərin 10814 ədədi əhali tərəfindən, 2072 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 69 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.

Oxşar xəbərlər

9 ayda Azərbaycanda tikilən evlərin sayı bəlli olub
I yarımildə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
I rübdə Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər