Azərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir
sizinxeber.az xəbər saytı

Azərbaycanda fərdi yaşayış evlərinin qeydiyyatı sadələşdirilir


Azərbaycanda fərdi yaşayış evlərinin, xüsusilə Bakı və Abşeron ərazisindəki "fin" tipli evlərin yerində inşa edilmiş tikililərin qeydiyyat prosedurları sadələşdirilir.

"APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

O qeyd edib ki, praktikada vətəndaşlar "fin" tipli evləri sökərək onların yerində yeni fərdi yaşayış evləri tikiblər: "Lakin əvvəlki qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanından alınmış tikintiyə icazə sənədi əsasında bu tikililərin və torpaq sahələrinin qeydiyyatına imkan verirdi. Yeni dəyişikliklərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin avqust ayına qədər “fin” tipli evin sökülməsi və onun yerində fərdi yaşayış evinin inşasına dair icra hakimiyyətinin sərəncamı və təsdiqlənmiş layihəsi varsa, həmin sənədlərlə müraciət etməklə həm tikilini, həm də layihədə göstərilən torpaq sahəsini rəsmi qeydiyyata almaq mümkün olacaq”.

Qeyd edək ki, Axərbaycanda ölkə başçısının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Oxşar xəbərlər

Azərbaycanda "fin" tipli evlərin yerində tikilən yeni tikililərə mülkiyyət hüququ tanınacaq
"Fin evləri"ni sökərək yerinə fərdi yaşayış mənzilləri tikənlərin əmlak hüquqları tanınacaq
Abşeronda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlər rəsmiləşdirilə bilər
Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir
SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər