“Koroğlu” metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb
Bakıda “Koroğlu” metrostansiyasının cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Yaradılan multimodal HUB sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, ilkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Beynəlxalq Musiqi Festivalı üçün xüsusi avtobuslar ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 5 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəqəmsal nəqliyyat loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə xəstə, qurumuş ağaclar götürüləcək, yeni ağaclar əkiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












