Bakıda yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Koroğlu" metrostansiyasının ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradıb.
"Report" agentliyə istinadən xəbər verir ki, məqsəd sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması, rahat gediş-gəlişinin təmin edilməsidir.
Odur ki, metrostansiyanın cənub çıxışında avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, fərdi və ictimai nəqliyyat qovşağını (park and ride) əlaqələndirən yeni multimodal nəqliyyat mübadilə mərkəzi (HUB) yaradılıb. Onun sayəsində sərnişinlərin avtobus, dəmiryolu və metro arasında rahat keçidi təmin ediləcək, nəqliyyatın xaotik hərəkətinin qarşısı alınacaq, habelə avtobusların boş yürüş məsafəsi azaldılmaqla əsas magistrala çıxışı asanlaşacaq.
Ərazidə, həmçinin əhalinin nəqliyyat vasitələrini park edərək ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaradılıb.
Həyata keçirilən işlər çərçivəsində metrostansiyanın cənub çıxışında dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılıb. Minik avtomobilləri üçün “park and ride” tipli 200-ə yaxın parklanma yeri təşkil edilib. Taksi minik avtomobilləri üçün duracaq yaradılıb. Eyni zamanda ərazidə elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələrinin quraşdırılması da nəzərdə tutulub.
İlkin mərhələdə nəqliyyat mübadilə mərkəzi ərazisində gün ərzində 15 müntəzəm (140, 140E, H1, 141E, 160, 171, 172, 214, M8, 60, 62, 70, 93, 184, 204) marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
“Koroğlu” metrostansiyası ətrafında yeni multimodal nəqliyyat mübadilə mərkəzi yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metro, avtobus və dəmir yolundan istifadə edənlərə ŞAD XƏBƏR - Təsdiq edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni il axşamı Bakıda ictimai nəqliyyat necə işləyəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli avtobuslar: Bu marşrut xətti YENİLƏNƏCƏK? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












