ADB Azərbaycanda monetizasiya elementli yol layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmir yolları, metro və aktivlərin monetizasiyası elementləri ilə avtomobil yolu layihələri daxil olmaqla ekoloji cəhətdən təmiz nəqliyyatın tətbiqi imkanlarını araşdırır.
“Sizinxeber.az”un ADB-yə istinadən verdiyi məlumata görə, bu barədə bankın Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasında bildirilib.
"Azərbaycan hökuməti ölkənin logistika rolunu gücləndirmək və inkişaf edən regionlarda davamlı gəlirləri təmin etmək üçün aşağı karbonlu nəqliyyat infrastrukturunun inkişafına diqqət yetirir. Bu baxımdan, ADB regional nəqliyyat marşrutlarının açılması məqsədilə rəqəmsallaşdırma, elektrikləşdirmə və müasir siqnalizasiya sistemlərinin tətbiqi də daxil olmaqla dəmir yolu infrastrukturunun modernləşdirilməsinə dəstək verəcək", - Strategiyada qeyd olunub.
ADB-dən bildirilib ki, inkişaf etməkdə olan regionların inkişafı iqlimə və fəlakətə davamlı infrastrukturun bərpasını, həmçinin sıfır emissiyalı zonaların yaradılması və təbii ehtiyatların davamlı idarə edilməsi kimi innovasiyaların tətbiqini tələb edir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.
Oxşar xəbərlər
Nazir: "Pakistan dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlıq imkanlarını araşdırır" – EKSKLÜZİV
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb
EIB Azərbaycanda dəmir yolu əlaqəsinin modernləşdirilməsi üçün tövsiyələr hazırlayıb
Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
ADB Azərbaycanda ekoloji və dayanıqlı şəhərlərin dəstəklənməsinə texniki yardımı təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












