ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
sizinxeber.az xəbər saytı

ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər


"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı Limanında Əfqanıstan Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradərlə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, tərəflər Cənubi Asiya-Qafqaz-Avropa yükdaşıma coğrafiyasının genişləndirilməsi və Əfqanıstanın Orta Dəhliz başda olmaqla multimodal nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.

Əfqanıstan rəsmiləri Bakı Limanı vasitəsilə məhsulların ixracını sürətləndirməyə dəstək istəyib, ADY tərəfi isə əfqan mənşəli məhsulları Avropa bazarlarına çatdırmağa hazır olduğunu bildirib.

Oxşar xəbərlər

ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistika üzrə əməkdaşlığı müzakirə ediblər
Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib
Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Əfqanıstan XİN Azərbaycana başsağlığı verib
Azərbaycan və Əfqanıstan "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər