Qvineya-Bisau enerji sahəsində möhkəm beynəlxalq alyansın yaradılmasına çağırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
11:00

Qvineya-Bisau enerji sahəsində möhkəm beynəlxalq alyansın yaradılmasına çağırır

03 in, 2025
11:00
505

Qvineya-Bisau enerji sahəsində möhkəm beynəlxalq alyansın yaradılmasına çağırır

Qvineya-Bisau enerji sahəsində əməkdaşlıq üçün beş istiqamət müəyyən edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizə üzrə naziri Viriatu Luiş Suareş Kassama 30-cu Yubiley Bakı Enerji Forumunun çərçivəsində məlumat verib.

O bildirib ki, birinci istiqamət qlobal enerji təhlükəsizliyini təmin etmək üçün yeni struktur və tərəfdaşlıq qurmaqdır: “Hesab edirik ki, ölkəmiz üçün gələcəyin enerji təhlükəsizliyi Qvineya-Bisau kimi ən az inkişaf etmiş ölkələrin xüsusiyyətlərini nəzərə alan daha inklüziv, ədalətli və davamlı çərçivələr, eləcə də əməkdaşlıq olmadan mümkün deyil. Buna görə də, qlobal tərəfdaşlığın işlənib hazırlanması zəruridir".

Nazirin sözlərinə görə, bu sahədə islahatların aparılmasına və ya innovativ strukturların yaradılmasına ehtiyac var.

"İkinci istiqamət neft və qazın kəşfiyyatı, həmçinin hasilatı sahəsində gücləndirilmiş transsərhəd tərəfdaşlığıdır. Toqo - Qvineya-Bisau regionumuz hələ də mineral resursların mənimsənilməsinin erkən mərhələsindədir. Biz elmi və texnoloji təhsilin təşviqi, birgə infrastrukturun inkişafı, vahid şəffaflıq standartlarının və məsuliyyətli ekoloji idarəetmənin yaradılması üçün transsərhəd əməkdaşlıq imkanlarını maraqla nəzərdən keçiririk", - nazir əlavə edib.

O vurğulayıb ki, üçüncü istiqamət - transsərhəd enerji ticarəti, texnologiya mübadiləsi və siyasətin razılaşdırılmasıdır: "Biz texnologiya transferinin, xüsusilə də günəş enerjisi, biokütlə və hidroenergetika sektorlarında, universal və davamlı enerji əldə etməyin təminatı üçün əsas element kimi əhəmiyyətini bir daha vurğulayırıq. Dördüncü istiqamət - ümumi təhlükəsizlik problemlərinin həlli üçün beynəlxalq alyansın yaradılmasıdır. Enerji təhlükəsizliyi, bazar qeyri-sabitliyi və geosiyasi riskləri əhatə edən müasir qlobal kontekst kollektiv cavab tələb edir. Qvineya-Bisau həmrəylik, ümumi təhlükəsizlik və iqlim ədaləti prinsiplərinə əsaslanan enerji sahəsində daha möhkəm beynəlxalq alyansın yaradılmasına çağırır".

Nazir bildirib ki, beşinci istiqamət dayanıqlı enerjinin maliyyələşdirilməsində çoxtərəfli təşkilatların rolunu özündə ehtiva edir: "Biz bu gün burada olan tərəfdaşlarla əməkdaşlığa tam hazır olduğumuzu təsdiqləyirik".

Bizimlə əlaqə saxlayın