06
mar
2025
17:00
yuxarı
Badamdar qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılıb
Badamdar qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılıb
Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.
Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.