Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq
Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi sosesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının 4 rayonunda qaz təchizatı dayandırılacaq
Sabah Bakının 3 rayonunda qaz olmayacaq
Bakının üç rayonunda qaz olmayacaq
Sabah Bakı və Abşeronun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












