KİV: ABŞ neft nəhəngləri hasilatı artıracaq
ABŞ-nin iri neft şirkətləri – “Exxon” və “Chevron” 2024-cü ildə Perm hövzəsində hasilatı aktiv şəkildə artırmağı planlaşdırır ki, bu da 2023-cü ildə olduğu kimi, ölkədə hasilatın artımı ilə bağlı proqnozları üstələyə bilər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrin məlumatına görə, “Chevron” 2023-cü illə müqayisədə hasilatı 10% artırmaq və 2025-ci ilə qədər Perm hövzəsində gündəlik 1 milyon barelə çatdırmaq niyyətindədir. Bu, regionun digər müstəqil neft istehsalçılarının artım tempindən iki dəfə çoxdur.
“Exxon” isə hasilatı 7% artırmağı planlaşdırır. “Pioneer Natural Resources”un 60 milyard dollara satın alınmasından sonra “Exxon”un ümumi hasilatının iki dəfədən çox artacağı gözlənilir. Hazırda şirkət Perm hövzəsində, “Pioneer” hesaba alınmamaqla, gündəlik 650 min barel neft hasil edir.
2023-cü ildə ABŞ-də hasilatın artımı ekspert proqnozlarını üstələyib ki, bu da qiymətlərə təzyiq göstərib və OPEC+ daxilində ziddiyyətləri artırıb. “Exxon” və “Chevron”un planları oxşar vəziyyətin bu il də təkrarlana biləcəyi anlamına gələ bilər.
Oxşar xəbərlər
ABŞ qlobal neft hasilatı üzrə proqnozunu yüksəldib
“OPEC+” monitorinq komitəsi neft hasilatının həcmini dəyişməyi tövsiyə etməyib
Prezident İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib”
Taleh Kazımov: "Bu il Azərbaycanda iqtisadi artım 3,5 % proqnozlaşdırılır"
Türkiyənin energetika naziri: gündəlik 32 min bareldən çox neft hasil edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













