Türkiyənin energetika naziri: gündəlik 32 min bareldən çox neft hasil edirik
Türkiyə 30 il ərzində enerji idxalından tamamilə müstəqil olmaq niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar telekanalına açıqlamasında bildirib.
“Türkiyə xaricdən asılılığı 68 % olan ölkədir. Amma Türkiyənin xaricdən asılılığına son qoyması lazımdır. Qarşımızdakı 30 ildə hədəf tam müstəqillikdir. Türkiyənin tələbatları çox böyükdür... Demək olar, bütün Qara dənizi gözdən keçirmişik. Tapacağımız kəşflərlə bu xaricdən asılılığı ölkəmizin gündəmindən çıxaracağıq”, – Bayraktar telekanala bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə Şırnakda gündəlik 32 min bareldən çox neft hasil edir:
“Hazırda Şırnakda, Qabarda (dağ – red.) 32 min bareldən çox hasil edirik. Bu, bir gündə hasil edilir. İndi hasil rəqəmini iki dəfə artırmışıq […] Məqsəd ilsonunadək bu rəqəmi yüz min barelə çıxarmaqdır”.
Nazir qeyd edib ki, sözügedən bölgədə tapılan neft cari ilin sonunda tələbatın 20 %-ni qarşılayacaq.
Eyni zamanda, Bayraktar Türkiyədə alternativ enerjinin inkişafının vacibliyinə də toxunub. “Misal üçün, yanvarın 7-də külək enerjisi ilə elektrik tələbatımızın 28 faizini qarşıladıq”, – nazir vurğulayıb.
Onun fikrincə, binaların damında günəş panelləri quraşdırmaq mümkündür: “İstifadə etmədikləri enerjini sata bilərlər. Elektrik hasil edirsiniz, qurğunuz eyni zamanda depodur, orada ehtiyat toplaya bilərsiniz – hər şey bir-birinə bağlıdır. Bəlkə də, qurğunuzdakı elektriki şəbəkəyə ötürə biləcəksiniz. Proqramlaşdırmanın, süni intellektin iç-içə olduğu bir dünyaya gedirik”.
Oxşar xəbərlər
“Qərbi Azəri” platformasından 1 milyard barel neft hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: "Türkiyənin 100 illiyi bütün türk dünyası üçün qürur mənbəyidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın gənc voleybolçuları Polşada keçirilən çempionatda ilk matçına çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












