Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Bakının bir sıra ərazilərində qaz olmayacaq- DİQQƏT


Sabah Bakının bir sıra ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Binəqədi rayonunun İbrahim Paşa Dadaşov küçəsində və Cəfər Xəndan küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması məqsədi ilə saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Azadlıq, S.S.Axundov, İ.P. Dadaşov, C.Xəndan küçələrinin, Union Park yaşayış kompleksinin, 3126 məhəllənin və 7-ci mikrorayonun bir hissəsinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Oxşar xəbərlər

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Suraxanı, Binəqdi və Sumqayıtın bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sabah Suraxanı, Binəqədi və Sumqayıtın bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bakının Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz olmayacaq
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər