Sumqayıtda 13 transformator məntəqəsi inşa edilir
sizinxeber.az xəbər saytı

Sumqayıtda 13 transformator məntəqəsi inşa edilir


Sumqayıt şəhərində 13 transformator məntəqəsinin tikintisi aparılır, daha 7 məntəqənin inşası isə planlaşdırılır.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna "Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda şəhərin 2-ci, 9-cu, 10-cu, 11-ci, 13-cü mikrorayonlarının, o cümlədən 48-ci məhəllənin ərazilərində transformator məntəqələrini inşa edilir.

"Həyata keçirilən bu tədbirlər gələcəkdə enerji təchizatında yaranan problemlərin qarşısının alınmasına, eləcə də abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına xidmət edəcək", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

“Azərişıq” Ağstafa, Samux və Şəmkirdə köhnəlmiş elektrik şəbəkəsini yeniləyir
Sabah Binəqədinin bir sıra qəsəbələrində elektrik enerjisi olmayacaq
Şöbə müdiri: Azərbaycandan Ukraynaya daha 17 transformator və 52 min metrdən çox kabel göndərilib
Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər