Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Qazaxıstan 2026-cı ildə “Kaşaqan” yatağında qaz emalı zavodunu işə salmağı planlaşdırır


Qazaxıstan 2026-cı ilin ortalarında “Kaşaqan” yatağında “GPC İNVESTMENT LLP” şirkətinin illik layihə gücü təxminən 1 milyard kubmetr olan qaz emalı zavodunu istifadəyə verməyi planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə “GPC Investment” şirkətinin rəhbəri vəzifəsini icra edən Berik Abışevə istinadən bildirib.

“Zavodun ətrafındakı infrastruktur hazırdır. Layihəmiz 2026-cı ilin ortalarında işə salınacaq”, - o qeyd edib.

“Zavodun istifadəyə verilməsi ölkənin regionlarını əlavə həcmdə qazla təmin etməyə imkan verəcək. Hökumət başçısı müəssisənin tikintisinin sürətləndirilməsi ilə bağlı göstəriş verib”, - məlumatda bildirilib.

Oxşar xəbərlər

Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq
Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib
“Tesla” 2026-cı ildə robotların kütləvi istehsalına başlamağı planlaşdırır
Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq
TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər