TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək
Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi 132 milyon avro dəyərində qiymətləndirilir.
Bunu "Sizinxeber.az"a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.
“2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib”, - o vurğulayıb.
L.Skiepatti qeyd edib ki, TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.
TAP AG-nin icraçı direktoru, həmçinin vurğulayıb ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək.
O bildirib ki, TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi (Aleksandrupolis ərazisi) mövcud kompressor stansiyasına əlavə bir kompressor qurğusu əlavə edəcək və avadanlığı yeniləyəcək: “Bu işlərin tamamlanması 2026-cı ilin əvvəlində əlavə uzunmüddətli güclərin əlçatan olmasını təmin etmək məqsədimizə çatmaqda əhəmiyyətli bir irəliləyiş olacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur”.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
TAP direktoru: "Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsinə çəkilən xərclər 130 milyon avronu ötəcək"
TAP-ın genişləndirilməsi ilə bağlı veriləcək son qərarın vaxtı açıqlanıb
Azərbaycan qazının Avropaya ixracının illik həcmi 2026-cı ilə qədər 17 % artacaq
Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub
Teodora Georgieva: "IGB-nin Moldova və Ukrayna üçün enerji təhlükəsizliyi baxımından əhəmiyyəti yalnız artacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












