“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi
Qırmızı Ürəklər Fondu Qurban bayramı münasibətilə ölkənin 34 şəhər və rayonunu əhatə edən genişmiqyaslı “Qurban Payı” aksiyasını uğurla yekunlaşdırıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 376 ailəyə qurban payı təqdim edilib.
“Qurban payı” aksiyası Qırmızı Ürəklər Fonduna edilən ianələr hesabına həyata keçirilib. Birbank mobil tətbiqindən və redhearts.az veb-saytı üzərindən aparılan ianə toplama kampaniyası nəticəsində 1049 ianəçinin dəstəyi ilə 8975 AZN ianə toplanılıb.
Aksiyanın həyata keçirilməsində Kapital Bank-ın 52 könüllüsü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma ehtiyacı olan ailələrə çatdırılıb.
Fond ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.
Ətraflı məlumat üçün:
“Red Hearts”- Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşının könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin il dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz
Oxşar xəbərlər
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
Sumqayıtda Qurban bayramı münasibətilə iki minə yaxın ailəyə bayram payı verilib
Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb - FOTO
Daşkəsəndə Qurban bayramı münasibətilə sosial yardım aksiyası keçirilib - FOTO
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
ABŞ ordusu İrana zərbələr endirdi: Ölənlər var
-
Azərbaycanda bayram günlərinin havası açıqlanıb
