Daşkəsəndə Qurban bayramı münasibətilə sosial yardım aksiyası keçirilib - FOTO
Müqəddəs Qurban bayramı ərəfəsində “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti və QSC-nin törəmə cəmiyyəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşkilatçılığı ilə sosial yardım aksiyası keçirilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, aksiya Daşkəsən rayonunda qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə zamanı yaralanmış şəxslər, eləcə də aztəminatlı ailələri əhatə edib. Onlara bayram təbrikləri çatdırılıb, qurban əti və digər ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Sosialyönümlü bu təşəbbüs ümumilikdə 160 ailəni əhatə edib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən bu tip aksiyalar əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə dəstək məqsədi daşıyır.
Oxşar xəbərlər
Daşkəsəndə aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib
Daşkəsəndə Qurban bayramı münasibətilə sosial yardım aksiyası keçirilib
Daşkəsən şəhərində vətəndaşlarla növbəti görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












