Səfir: "Azərbaycan Qazaxıstanla birgə məhsul istehsal edib ixrac edə bilər"
Azərbaycan və Qazaxıstan birgə istehsal müəssisəsi yaradaraq 3-cü ölkələrə məhsul ixrac edə bilər.
Bunu “Report”a açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
"Bu gün Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda iki ölkənin şirkətlərini bir araya gətirdik ki, onlar müzakirələr aparsınlar və konkret təkliflərini irəli sürsünlər. Dünyada qida ilə bağlı müəyyən problemlər var. Qida hər kəsə kifayət etmir. Həm Qazaxıstan, həm də Azərbaycan kənd təsərrüfatı ölkələridir və əməkdaşlıq üçün böyük potensial olduğunu görürük. Təəssüf ki, biz hələ bu potensialı reallaşdıra bilmirik", - deyə o qeyd edib.
“Qarabağda da kənd təsərrüfatı sahəsində fərqli layihələri reallaşdırmağa hazırıq”,-deyə səfir əlavə edib.
Oxşar xəbərlər
Səfir: "Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu üçüncü ölkələrdə maraqlı layihələri maliyyələşdirə bilər"
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək
Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək
Qazaxıstan Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













