Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək
sizinxeber.az xəbər saytı

Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Qazaxıstandan Azərbaycana keçəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu gün səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.

“Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edən iki sülhsevər ölkədir. Buna AQEM çərçivəsində ölkələr arasında əməkdaşlığı nümunə göstərmək olar. Noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM-də sədrlik Qazaxıstandan Azərbaycana keçəcək”, - o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ölkələr arasında iqtisadiyyat, enerji, turizm, təhlükəsizlik və bir çox digər sahələrdə əlaqələr inkişaf edib.

Xatırladaq ki, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.

Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
Qazaxıstan Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Qazaxıstan Azərbaycan ərazisindən “yaşıl enerji” tədarük edəcək
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər