Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik”
“2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib.
Nazir qeyd edib ki, cari ildə 1 milyondan çox qida yoxlanışı həyata keçirilib: “2023-cü ildə 1 milyon 215 min qida yoxlanışını həyata keçirdik. Ümumilikdə 58 milyon doza dabaq peyvəndi istehsal etdik. 2023-cü ildə 40 milyon doza peyvənd vurulub”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.
Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur. Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.
Oxşar xəbərlər
Naxçıvanda Türkiyə Konsulluğu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aqrar sığorta potensialının 90 %-dən istifadə olunmur [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə ən çox maaş alan futbolçu məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yumurta bahalaşa bilər – 5 günə Rusiyaya 72 ton göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












