Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 5-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 1 torpaq sahəsi, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.

Əmlakların start qiyməti 7 360 - 32 800 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər mayın 30-na qədər qəbul olunacaq.

Oxşar xəbərlər

Azərbaycanda xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq
"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq
"Aqrarkredit" BOKT-a məxsus torpaq sahələri və fərdi yaşayış evləri hərraca çıxarılacaq
Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Azərbaycanda daha 43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər