Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur
sizinxeber.az xəbər saytı

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur


Azərbaycan məhsulları Tatarıstanın Kazan şəhərində “Rusiya - İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən “Russia Halal Expo 2025” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ziyarətçilər Azərbaycan şirkətlərinin istehsal etdiyi qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir.

Bununla yanaşı, stenddə AZPROMO ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif olunan güzəştlər haqqında məlumat verir, bu mövzularda videoçarxlar nümayiş olunur və müxtəlif çap materialları təqdim edir.

Azərbaycan stendini Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər ziyarət ediblər.

Oxşar xəbərlər

Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisində təqdim edilir
Orxan Məmmədov: "Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
AZPROMO “Made in Azerbaijan” tədris planı əsasında növbəti modulu icra edib
Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər