Azərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib
sizinxeber.az xəbər saytı

Azərbaycanda ötən il 88 sahibkar Vergi ombudsmanına müraciət edib


2024-cü ildə Azərbaycanda Vergi ombudsmanına 88 vergi ödəyicisi müraciət ünvanlayıb.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi müxtəlif tədbirlər həyata keçirir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə müxtəlif tarixlərdə Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan və Ordubad şəhərlərində görüşlər keçirilib.

Ötən ilin aprel-dekabr aylarında aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 6 istiqamətdə şikayət yaradan səbəblər müəyyən edilib, bu istiqamətlərdə araşdırma aparılaraq təklif və tövsiyələr hazırlanıb. Həmçinin, vergi ödəyicilərinin hüquqlarının qorunması üçün Dövlət Vergi Xidmətində həyata keçirilən proseslər üzrə təhlillər aparılıb və həmin proseslərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi istiqamətində işlər görülərək təklif və tövsiyələr hazırlanıb.

Vergi ombudsmanına ünvanlanmış müraciətlərin araşdırılması zamanı 7 vergi ödəyicisi üzrə hüquq pozuntusu müəyyən olunmayıb, 4 vergi ödəyicisi rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilib. Vergi ödəyicilərinin hüquqlarının pozulduğu hallar üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və həmin tövsiyələrdən 27-i nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa olunub. Vergi ombudsmanı xidməti baş idarəsi beynəlxalq təcrübənin öyrənilməsi, ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işləri davam etdirir.

Oxşar xəbərlər

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15 %-dən çox artıb
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40 %-dən çox artıb
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 20 %-ə yaxın artıb
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 24 % artıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı cüzi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər