Hüquqi şəxsin müflis elan edilməsi barədə məlumatlar satınalmaları portalına inteqrasiya edilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyinin təqdim etdiyi bir sıra arayışlar “etender.gov.az” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib.
"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata əsasən, “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiya nəticəsində “Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi” və “Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” haqqında arayışları bundan sonra onlayn rejimdə portal vasitəsilə əldə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək
MM ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsini ilk oxunuşda qəbul edib
Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib
Azərbaycanda biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni priorietlər müzakirə edilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













