Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edilib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri”ni təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Yeni qərara əsasən, bu sahələr üzrə keyfiyyət göstəricilərinin əsas prinsipləri müəyyənləşib. Bunlar, operativlik, dəqiqlik, dayanıqlılıq, əlçatanlıq, şəffaflıq, ayrı-seçkiliyin olmaması, etibarlılıq, informasiyanın tamlığı, məsuliyyətlilik, konfidensiallıq və təhlükəsizlikdir.

Bundan başqa, İKT sektoru üzrə xidmətlərin keyfiyyətin yaxşılaşdırılması çərçivəsində çağrı mərkəzi tərəfindən 20 saniyə ərzində cavablandırılan zənglərin ümumi zənglərin sayına olan nisbətinin 95 %-ə çatdırılması, şikayətlərin aradan qaldırılma müddətinin planlaşdırıldığı müddətdə aradan qaldırılması nisbətinin 99 %-ə çatdırılması hədəflənir.

O cümlədən, istehlakçıların xidmət təchizatı ilə, eləcə də sorğu xidməti ilə və şəbəkə keyfiyyəti, etibarlılığı və əlçatanlığı ilə bağlı şikayət tezliyinin 5 %-dən aşağı, hesab-faktura ilə bağlı şikayətlərin 1 %-dən aşağı səviyyəyə endirilməsi planlaşdırılır.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Oxşar xəbərlər

Naxçıvan şəhərində yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq
Maliyyə Nazirliyinin büdcə bölgüsünü təşkilatlara çatdırılması müddəti azaldılıb
"Aztelekom" Xankəndi və Xocalını internetlə təmin etdi
Azərbaycanda yeni nazirlik yaradıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle