AİB Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb
sizinxeber.az xəbər saytı

AİB Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb


Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın enerji infrastrukturunu Rusiyanın hücumlarından qorumaq üçün 86 milyon avro ayırıb.

"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, AİB Ukraynanın mühüm enerji infrastrukturunun qorunması üçün bu ölkənin milli elektrik ötürücü sistem operatoru "Ukrenergo"ya 86 milyon avro yönəldib.

"Bu maliyyə yardımı davam edən müharibə fonunda Ukraynanın enerji infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün Bank tərəfindən 2024-cü ilin oktyabrında qəbul edilmiş bu ölkənin enerjisini "xilasetmə planı"nın tərkib hissəsidir.

Vəsait elektrik ötürücü avadanlıqlar üçün qoruyucu anti-dron konstruksiyalarının tikintisinə, onun hərbi hücumlara qarşı dayanıqlığının gücləndirilməsinə və müharibə zamanı Ukraynanın enerji ötürücü infrastrukturunun təhlükəsizliyinin və funksionallığının təmin olunmasına kömək edəcək", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Aİ Ukraynaya 160 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa Komissiyası Ukraynaya enerji infrastrukturu üçün 40 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Norveç Ukrayna üçün HHM sistemləri və PUA alınmasına 50 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka Ukraynaya energetika sisteminin bərpası üçün 16 milyon avro ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər