Dövlət Xidməti: Mənşə sertifikatının verilməsi 10 %-dan çox artıb
sizinxeber.az xəbər saytı

Dövlət Xidməti: Mənşə sertifikatının verilməsi 10 %-dan çox artıb


Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 72 406 mənşə sertifikatı verib.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.

“Mallar üzərində tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədilə müəyyən olunan mənşə sertifikatı ixrac-idxal əməliyyatları zamanı sahibkarların güzəştli gömrük rüsumlarından faydalanmasına şərait yaradır”, - deyə M.Abbasbəyli qeyd edib.

Oxşar xəbərlər

Naxçıvanda mənşə sertifikatı verilməsi 25 % artıb
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 28 % artıb
Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb
Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 10 % artıb
Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle