Almaniya səfiri: "Azərbaycan ilə tərəfdaşlığın gücləndirilməsində nikbinik" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
dek
2024
11:30

Almaniya səfiri: "Azərbaycan ilə tərəfdaşlığın gücləndirilməsində nikbinik"

20 dek, 2024
11:30
896

Almaniya səfiri: "Azərbaycan ilə tərəfdaşlığın gücləndirilməsində nikbinik"

Almaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonrakı dövrdə, xüsusilə enerji sisteminin transformasiyası sahəsində Azərbaycanla tərəfdaşlığın gücləndirilməsi məsələsində nikbindir.

"Sizinxeber.az" Alman-Azərbaycan Xarici Ticarət Palatasına ("AHK Azərbaycan") istinadən xəbər verir ki, bunun Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Palata üzvlərinin ümumi yığıncağında bildirib.

O, COP29 müddətində səfirliyin fəaliyyətindən söz açaraq, xüsusilə bu müddət ərzində Almaniyadan Azərbaycana səfər etmiş 300-dən çox nümayəndənin işgüzar səfərlərinin təşkil edilməsi ilə bağlı aktiv fəaliyyətdən danışıb.

Səfir "AHK Azərbaycan"ın COP29-da fəal iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Bizimlə əlaqə saxlayın