Vüsal Şıxaliyev: “Azərbaycanda biznes mühitinin sahəvi qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır”
Azərbaycanda biznes mühitinin ayrı-ayrı sahələrinin qiymətləndirilməsi üçün ölçü meyarları olmalıdır.
"Report" xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bu gün keçirilən "Biznesə daxilolma" İşçi qrupunun iclasında bildirib.
"Biz xüsusilə özəl sektor daxil olmaqla, maraqlı tərəfləri biznes sahəsində islahatların hazırlanması prosesində fəal şəkildə iştirakını təmin edirik. Eyni zamanda, islahatlar qəbul edildikdən sonra onların tətbiqi barədə maraqlı tərəfləri məlumatlandırırıq", - o qeyd edib.
V. Şıxəliyev sözlərinə görə, xarici və yerli investisiya müəssisələrinin qeydiyyatı ilə bağlı yaradılmış əlverişli imkanlar daxil olmaqla "Biznesə daxilolma"ya dair aparılan son islahatların genişləndirilməsində özəl sektorun böyük rolu olacaq.
Qeyd edək ki, Azərbaycanın Dünya Bankının “Business Ready” hesabatına 2025-ci ilin sentyabrında daxil ediləcəyi gözlənilir. Bu ilin oktyabr ayında 50 ölkənin daxil olduğu yeni hesabatın ilk buraxılışı dərc edilib. Bu hesabat dərci dayandırılmış "Doing Business" hesabatını əvəz edəcək və gələn ildən daha çox ölkə iqtisadiyyatların əhatə olunacağı gözlənilir. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və yaxud yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə.
Oxşar xəbərlər
Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır
Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"
Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər
Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri aparılacaq
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













