Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri aparılacaq
Gələn il Azərbaycanda benefisiar mülkiyyətçilərin reyestri hazırlanacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva İşçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, hazırda təsdiqlənmə mərhələsində olan və ya Milli Məclisə təqdim edilmə mərhələsində olan hüquqi aktlardan biri də benefisiar mülkiyyətçilərlə bağlı hüquqi tənzimləmələrin qanunvericiliyə daxil edilməsidir: "Həmin tənzimləmələrin növbəti ildən qüvvəyə minəcəyini gözləyirik və bu istiqamətdə hazırlıq prosesində artıq texniki işlərə başlamışıq”.
S. Musayeva qeyd edib ki, qanun qüvvəyə minən kimi, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması üçün DVX tam hazır olacaq: “Rəqəmsallaşma ilə bağlı qeydiyyat prosesində və sonrakı mərhələlərdə aidiyyəti dövlət orqanları ilə mübadilə edilən məlumatların həcmini genişləndiririk”.
DVX-nın rəis müavini əlavə edib ki, bununla yanaşı elektronlaşma ilə bağlı islahatlar çərçivəsində ərizə formalarında müəyyən dəyişikliklər aparılır.
Oxşar xəbərlər
Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır
Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər
“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













