Səudiyyə Ərəbistanı rəsmisi: "Azərbaycanla müştərək layihələr üçün imkanlar var"
Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı imkanlar müştərək layihələrin həyata keçirilməsinə imkan yaradır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Səudiyyə Palataları Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi Azərbaycan-Səudiyyə Ərəbistanı Bigə İşgüzar Şuranın Bakıda keçirilən 5-ci iclasında bildirib.
O qeyd edib ki, bu imkanlardan sahibkarlar yararlanmalıdırlar: "Yeni yolların araşdırılması əməkdaşlığın inkişafına səbəb ola bilər. Azərbaycan Səudiyyə Ərəbistanı üçün ticarət və investisiya əlaqələrini genişləndirmək üçün mühüm ölkələrdəndir. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi investisiya əlaqələrinin genişləndirməsi üçün əlavə imkanlar yaradır. Son illər ölkələrarası əməkdaşlıq inkişaf edib, infrastruktur, kənd təsərrüfatı, enerji layihələri reallaşdırılıb".
Oxşar xəbərlər
AZPROMO Səudiyyə Ərəbistanı ilə bağlı hədəflərini açıqlayıb
Səudiyyə Ərəbistanı rəsmisi: "Azərbaycanla ticarət dövriyyəmiz potensialımızı tam əks etdirmir"
Orxan Məmmədov: "Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək"
Səfir: “Ər-Riyad Bakı ilə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir” - EKSKLÜZİV
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













