Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Türkiyədən ən çox mal idxalını Almaniya 6 milyard 768,537 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,2 % çox), Böyük Britaniya 4 milyard 608,873 milyon ABŞ dolları (+11,1 %) və İtaliya 4 milyard 503,975 milyon ABŞ dolları (+7,6 %) dəyərində həyata keçirib.
Təkcə aprelda isə Türkiyə Azərbaycana 212,515 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4,7 % çoxdur.
Yanvar-aprel aylarında Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 77 milyard 913,922 milyon ABŞ dollarına, aprel ayında isə 23,1 % artaraq 22 milyard 255,822 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci artırıb
Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci təqribən 19 % artırıb
Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci cüzi artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
