Avropanın avtomobil sənayesi 4,7 milyard dollar gəlir əldə edəcək
Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət sazişi Avropanın avtomobil sənayesinə əlavə olaraq təxminən 4,7 milyard dollar qazandıracaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni “Bloomberg” agentliyi aparıb.
Apreldə ABŞ Prezidenti Donald Tramp avtomobil idxalına rüsumu 25 faiz bəndi artırmışdı. Brüsselin Vaşinqtonla yeni sövdələşməsi tarif dərəcəsinin 15 %-ə endirilməsini nəzərdə tutur.
Bununla belə, Avropa şirkətləri yeni ticarət rejiminə uyğunlaşmalı olacaqlar, çünki Tramp rüsumları artırmazdan əvvəl göstərici 2,5 % səviyyəsində idi. Avtomobil istehsalçıları seçim etməli, yəni ya qiymətləri artırmalı, ya da istehsalın bir hissəsini ABŞ-yə köçürməli olacaqlar”.
Oxşar xəbərlər
Tramp: Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır
Tramp: Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













