Azərbaycanda bəzi ilkin qablaşdırılmalar 5 illik müddətə idxal gömrük rüsumundan azad edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda bəzi ilkin qablaşdırılmalar 5 illik müddətə idxal gömrük rüsumundan azad edilib


Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, netto çəkisi 20 kiloqramdan az olmayan ilkin qablaşdırılmalar 2030-cü ilin sonuna qədər idxal gömrük rüsumundan azad edilib. Digər qablaşdırmalarda isə 15 %-lə gömrük rüsumuna cəlb ediləcək.

Qərar bu gündən qüvvəyə minib.

Oxşar xəbərlər

Azərbaycanda elektrik mühərrikli yük avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib
Azərbaycan velosiped və skuter ehtiyat hissələrinin idxalını gömrük rüsumundan azad edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər