Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması layihəsi icra olunur
Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üzrə pilot layihəyə start verilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, layihə çərçivəsində Şuşada keçirilən ilk görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyəti institutları iştirak edib. Tədbirdə Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov DİM-lərin lokallaşdırılmasının əhəmiyyəti, bu istiqamətdə dövlət qurumlarının rolu və qarşıda duran əsas prioritetlər barədə məlumat veriblər.
Müzakirələr zamanı DİM-lərin lokallaşdırılması prosesi, bu sahədə beynəlxalq təcrübə, şəhər səviyyəsində tətbiqin sosial-iqtisadi təsirləri, eləcə də dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin bu prosesdə rolu nəzərdən keçirilib. Eyni zamanda qarşıdakı mərhələdə həyata keçiriləcək fəaliyyətlər və koordinasiya mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində akademik heyət və tələbələrlə görüş təşkil olunub. Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də H.Hüseynov DİM-lərin elmi tədqiqatlarda rolu və lokallaşdırma prosesində akademik dairələrin töhfəsi barədə fikirlərini bölüşüblər.
DİM-lərin lokallaşdırılması üzrə yeni istiqamətə başlanılıb. Bu çərçivədə Şuşa və Naxçıvan şəhərləri pilot ərazilər kimi müəyyən edilib və qarşıdakı illər ərzində DİM-lərin yerli səviyyədə tətbiqi və inteqrasiyası istiqamətində mərhələli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Anar Axundov: "2027-ci ildə V Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır"
Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
Anar Quliyev: Şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
