BMT ilə əməkdaşlıq üzrə yeni Çərçivə Sənədinin ümumi maliyyə yükü açıqlanıb
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığı üzrə 2026–2030-cu illəri əhatə edən yeni Çərçivə Sənədinin ümumi maliyyə yükü 85,3 milyon ABŞ dollarıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.
"Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
A.Axundovun sözlərinə görə, qarşıdakı dövrdə əsas məqsəd əldə edilmiş nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
"Yeni Çərçivə Sənədi iki əsas prioritet istiqaməti müəyyən edir: inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, eləcə də ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi. Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir, bir sıra konkret statistik hədəflər müəyyən edir. Birinci strateji prioritet – inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklərdən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əmək haqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilib. İkinci strateji prioritet – ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarə olunması, bərpa olunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur. Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldə olunması planlaşdırılan konkret nəticələrini əks etdirir", - deyə nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Nazir müavini: "Azərbaycan 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edir"
Anar Axundov: "2027-ci ildə V Könüllü Milli Hesabatın təqdim edilməsi planlaşdırılır"
BMT: Aprel ayında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq planı təsdiqlənəcək
İsveç Ukraynaya 10 milyon dollardan çox vəsait ayırır
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
