Çexiya bu il Azərbaycanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasını keçirməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Çexiya bu il Azərbaycanla Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasını keçirməyi planlaşdırır


Çexiya yaxın gələcəkdə Azərbaycanla iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının keçiriləcəyini gözləyir.

Bunu "Sizinxeber.az"a müsahibəsində Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Enerji bölməsinin baş direktorunun müavini Petr Binhak deyib.

"Energetika, nəqliyyat sektoru və infrastrukturun inkişafı kimi prioritet istiqamətlər gündəlikdə xüsusi yer tuta bilər", - baş direktorun müavini bildirib.

Onun sözlərinə görə, iki dövlət arasında konkret layihə həllərinin hazırlanması və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynamalıdır.

"Bundan başqa, Çexiya hökumətinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri gözlənilir ki, bu da tərəfdaşlığın gələcək inkişafına dair strateji baxışın müəyyənləşdirilməsinə, o cümlədən Çexiya şirkətlərinin infrastruktur və investisiya layihələrində iştirakı perspektivlərinə töhfə verməlidir", - P.Binhak əlavə edib.

Müsahibənin tam mətni ilə bu linkvasitəsilə tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
Azərbaycan və bir sıra ölkələr arasında birgə hökumətlərarası komissiyaların tərkibi dəyişib
Petr Binhak: "Çexiya Aİ-də TAP üçün hidrogen "qovşağına" çevrilə bilər" - MÜSAHİBƏ
Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər