Azərbaycan və ABŞ-ın Harvard Kennedi Məktəbi ekoparkların yaradılmasını müzakirə edib
Azərbaycan hökuməti və ABŞ-ın Harvard Universitetinin Harvard Kennedi Məktəbi arasında ekoparkların yaradılması imkanları müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində Harvard Kennedi Məktəbinin ("Harvard Kennedy School") ekspertlərini ölkəmizdə görməkdən məmnun olduq. Nümayəndə heyəti və həmkarlarla birlikdə Yevlax Pilot Aqroparkda fəaliyyət göstərən bir sıra müəssisələrin təmsilçiləri ilə görüşdük. Ekspertlərlə sənaye parklarının potensialını, alternativ enerji ilə bağlı layihələri və ekoparkların yaradılması imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Mikayıl Cabbarov: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"
Robert Kennedi: Trampı ancaq mən məğlub edə bilərəm
Azərbaycan bankirləri sektorun inkişaf imkanlarını müzakirə edib
Mikayıl Cabbarov: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik" - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













