Azərbaycan Harvard Kennedi Məktəbi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Harvard Kennedi Məktəbi ilə potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin "Growth Lab" laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb: “Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, davamlı inkişaf hədəfləri və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq”.
Xatırladaq ki, yanvarın 14-də Davos İqtisadi Forumunun açılış mərasimi keçirilib. Forum yanvarın 19-na qədər davam edəcək. Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Tədbir iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Davos İqtisadi Forumu () çərçivəsində Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov () ilə birlikdə Harvard Kennedi Məktəbinin "Growth Lab" () laboratoriyasının direktoru Rikardo Hausmanla () görüşdük. Strateji…
— Mikayil Jabbarov (@MikayilJabbarov)
Oxşar xəbərlər
Azərbaycan Slovakiya ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib
Bu gün Davos İqtisadi Forumu işə başlayır
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
Bu, Azərbaycan üçün narahatlıq yaradır - Mövsümov
Mikayıl Cabbarov: Ölkəmizin tərəqqisinin 2024-cü ildə də davam edəcəyinə əminik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













