Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb


Bu ilin I yarısında Azərbaycanda 7 889 ölçmə vasitəsinin monitorinqi aparılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, 6 ay ərzində Dövlət Xidməti metroloji nəzarət tədbirləri çərçivəsində 56 qurumda 8 minə yaxın ölçmə vasitəsinin monitorinqini aparıb, 32 müəssisədə ölçmə vasitələri dövlət nəzarətinə götürülüb.

Qeyd olunub ki, görülən tədbirlər insan həyat və sağlamlığının qorunması, ətraf mühitin mühafizəsinin təmin edilməsi üzrə ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısının alınmasına xidmət edir.

Oxşar xəbərlər

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Naxçıvanda yeni publik şəxslər təsis edilib
Dövlət Xidməti: "100 000 manata qədər satınalmalar kotirovka sorğusu yolu ilə keçiriləcək"
Dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb - DSX
İqtisadiyyat Nazirliyi I yarımildə Çağrı Mərkəzi ilə 350 minə yaxın müraciət qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər