Gələn aydan hansı ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq?
sizinxeber.az xəbər saytı

Gələn aydan hansı ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq?


Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır".

Sizinxəbər.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib:

"Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

Artıq iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılacaq. Yəni mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq.

Digər dəyişiklik mədəniyyət sektorunda beş il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faizdən 90 faizə qaldırılır. Mövcud qanunvericilik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib".

Oxşar xəbərlər

Gələn ildən mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
Azərbaycanda insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılır
Teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir
Növbəti ildən tibb müəssisələrinə ƏDV güzəşti tətbiq ediləcək
Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər